"Mançester Siti"nin baş məşqçisi Enzo Mareska "Çelsi"də birlikdə çalışdığı iki keçmiş futbolçusunu öz komandasına gətirməyi hədəfləyib.

Offsideplus.az xəbər verir ki, italyan mütəxəssis üçün Enzo Fernandes əsas transfer hədəflərindən biri olaraq qalır. Lakin "Çelsi"nin argentinalı yarımmüdafiəçi üçün tələb etdiyi 120 milyon funt-sterlinq məbləğ bu keçid yolunda böyük maneə hesab olunur.

Bununla yanaşı, "Mançester Siti" Savinyonun ehtimal edilən əvəzləyicisi kimi Pedro Netonu da transfer siyahısına daxil edib.