“Tottenhem” klubu “Bornmut”un mərkəz müdafiəçisi Markos Senesini transfer edib.

Offsideplus.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Argentinalı futbolçu London təmsilçisi ilə 2030-cu ilə qədər müqavilə imzalayıb və komandada 5 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Senesi 2022-ci ildə “Feyenoord”dan “Bornmut”a 12,6 milyon funt sterlinq müqabilində transfer olmuşdu.