"Liverpul" bu həftə "Bornmut"un sabiq baş məşqçisi Andoni Iraola ilə danışıqlara başlayacaq.

Offsideplus.az xəbər verir ki, 43 yaşlı ispaniyalı mütəxəssisin rəhbərliyi altında "Bornmut" tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandıqdan sonra, o, illik maaşının 10 milyon funt-sterlinqə qaldırılmasını tələb edib.

Lakin klub rəhbərliyi bu şərtləri yerinə yetirə bilmədiyi üçün tərəflər müqavilənin müddətini uzatmamaq qərarına gəliblər.

ESPN-in yaydığı məlumata görə, "Liverpul" isə Iraolaya bu məbləği ödəməyə hazırdır. "Mərsisaydlılar"ın sabiq baş məşqçisi Arne Slot da klubda eyni məbləğdə qazanc əldə edirdi.