"Mançester Yunayted" yay transfer pəncərəsində heyətini yeni bir müdafiəçi ilə gücləndirmək üçün hərəkətə keçib.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" "Borussiya Dortmund" klubunun təcrübəli müdafiəçisi Valdemar Antonu heyətinə qatmaq üçün transfer təzyiqini artırıb. İngiltərə təmsilçisi transfer prosesini bu yay bitirmək niyyətindədir.
"Borussiya Dortmund" və Almaniya millisinin üzvü olan Valdemar Anton stabil və güclü oyunu ilə bir çox Avropa klubunun diqqət mərkəzindədir. Müdafiə xəttində ciddi problemlər yaşayan "Mançester Yunayted" rəhbərliyi isə 29 yaşlı stoperi komandanın arxa xəttindəki boşluğu doldurmaq üçün ən ideal namizədlərdən biri olaraq görür.
Tərəflər arasında rəsmi danışıqların yaxın günlərdə daha da intensivləşəcəyi gözlənilir.


