Arne Slot "Liverpul"un başında tarix yazır, lakin bu dəfə uğurları ilə deyil, acınacaqlı antirekordları ilə yadda qalır.
Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi bu mövsüm ard-arda aldığı ağır zərbələrlə azarkeşlərini şoka salmaqda davam edir.
Budur Slotun dövründə "Liverpul"un yenilədiyi "qara siyahı":
-
"Mançester Yunayted" kabusu: "Mançester Yunayted" son on ildə ilk dəfə eyni mövsüm daxilində hər iki oyunda "Liverpul"a qalib gəlməyi bacardı. Bundan əlavə, "qırmızı şeytanlar" 2016-cı ildən bəri ilk dəfə "Enfild" stadionunda qələbə sevinci yaşadı.
-
Tarixi ilk və illər sonra gələn məğlubiyyətlər: Niderlandın "PSV Eyndhoven" klubu 112 illik tarixində ilk dəfə "Liverpul"u məğlub etdi. "Nottingem Forest" tam 55 ildən sonra "Enfild" səfərində qalib gəldiyi halda, "Plimut" 68 il sonra rəqibi üzərində qələbə qazandı.
-
Əzəli rəqiblərin üstünlüyü: "Mançester Siti" 89 illik fasilədən sonra bir mövsümdə "Liverpul"a qarşı iki qələbə aldı. "Çelsi" isə 2014-cü ildən bəri ilk dəfə rəqibinə qarşı ardıcıl iki matçda üstün oldu.
-
Evdə darmadağın: "Liverpul" 1934-cü ildən bəri ilk dəfə öz meydanında keçirdiyi kubok oyununda qol vurmadan üç top fərqi ilə məğlubiyyətə uğradı.
-
90-cı dəqiqə lənəti: Premyer Liqa tarixində ilk dəfə bir komanda eyni mövsümdə beş dəfə 90-cı dəqiqədə buraxılan qolla meydanı məğlub tərk etdi.
-
Digər uğursuzluqlar:
-
"Fulhem" 2011-ci ildən sonra evində "Liverpul"a qarşı ilk qələbəsini qazandı.
-
"Kristal Pelas" 2014-cü ildən bəri doğma meydanda rəqibini ilk dəfə məğlub etdi.
-
"Qalatasaray" 2012-ci ildən bəri ilk dəfə bir İngiltərə klubuna qarşı qapısını toxunulmaz saxladı.
-
"Nyukasl Yunayted" 9 illik fasilədən sonra rəqibinə qalib gəldi və 1995-ci ildən bəri ilk dəfə kubok matçında "Liverpul"u mübarizədən kənarlaşdırdı. Həmçinin "sağsağanlar" 2012-ci ildən sonra "Enfild"dəki ilk qələbələrini Slotun dövründə rəsmiləşdirdilər.
-
Klub 2017-ci ildən bəri ilk dəfə aşağı liqa təmsilçisinə uduzaraq kubokla erkən vidalaşdı.
-


