"Vest Hem"in "Kristal Pelas"la 0-0 hesablı heç-heçəsindən sonra "Vulverhempton"un Premyer Liqanı tərk etməsi riyazi olaraq dəqiqləşib. H
Offsideplus.az xəbər verir ki, hesabında 17 xal olan "canavarlar"ın təhlükəsiz zonadan 16 xal geri qalması və sona cəmi 5 oyunun qalması, Rob Edvardsın komandasının elitada qalmaq şanslarını sıfıra endirib.
Beləliklə, komanda 8 ildən sonra yenidən Çempionşipə qayıdır. 2018-ci ildə Premyer Liqaya yüksəldikdən sonra ardıcıl iki dəfə 7-ci pilləni tutan və Avropa Liqasının yarımfinalına qədər irəliləyən "Vulverhempton"un süqutu, aparıcı oyunçuların itirilməsi və mövsümün ilk 19 matçında qələbə qazana bilməməsi ilə nəticələndi.
Vitor Pereyranın gedişindən sonra Rob Edvardsın gəlişi də möcüzə üçün kifayət etmədi.


