Unai Emery bu yay "Aston Villa" klubundan ayrılmağa yaxın hesab olunur.

Offsideplus.az xəbər verir ki, ispaniyalı baş məşqçi klubun maliyyə məhdudiyyətlərindən və transfer xərclərinə qoyulan limitlərdən narazıdır.

Bildirilir ki, Unai Emeri rəhbərliyin transfer siyasəti və büdcə ilə bağlı qoyduğu məhdudiyyətlər səbəbilə getdikcə daha çox narahatlıq keçirir.

Qeyd edək ki, təcrübəli mütəxəssis 2022-ci ildə "Aston Villa"nın baş məşqçisi təyin olunarkən klub aşağı liqaya düşmək təhlükəsi ilə üz-üzə idi. Lakin onun rəhbərliyi altında komanda sonrakı mövsümlərdə ardıcıl olaraq Avropa turnirlərinə vəsiqə qazanmağı bacarıb.