"Sportinq" klubu Pedru Qonsalveşin müqavilə müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi yeni sözləşmə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
P. Qonsalveş 2020-ci ildən Lissabon təmsilçisində çıxış edir. O, burada ümumilikdə 209 oyuna çıxıb, 87 qol vurub və 60 məhsuldar ötürmə edib.



