"Sportinq"in futbolçusu Viktor Gyökereş bu gün klubda son matçına çıxacaq.
Offsideplus.az xəbər verir ki, bu gün Portuqaliya Kubokunda final oyunu keçiriləcək. Həlledici qarşılaşmada "Sportinq" saat 20:15-də "Benfika" ilə üz-üzə gələcək.
Bu matç "Sportinq"in gənc istedadı Viktor Gyökereş üçün son qarşılaşma olacaq. Futbolçu yay transfer pəncərəsində Avropada klubunu dəyişəcək.



