Azərbaycan yığması Dünya çempionatının seçmə mərhələsində səfərdə Ukrayna milli komandasına 1:2 hesabı ilə məğlub olub.
Görüşdən sonra yığmamızın üzvü Toral Bayramov Offsideplus.az saytına müsahibə verib:
- Toral, ilk olaraq oyunla bağlı fikirlərini öyrənmək istəyərdik..
- Ağır oyun olacağını bilirdik. Çətin bir oyundan çıxmışdıq. Yorğunçuluq var idi. Buna baxmayaraq çalışdıq ki, bu oyuna hazır olaq. İstəyirdik ki, qələbə qazanıb xalqımızı sevindirək. Təəssüflər olsun ki, məğlub olduq. Düşünürəm ki, pis oyun olmadı. Mübariz oyun göstərdik. Qalib də gələ bilərdik, epizodlarımız da oldu. Çalışacağıq ki, gələcəkdə bu epizodlardan istifadə edək və qələbələr qazanaq.
- Çox yaxın idik xal qazanmağa. Hesabı bərabərləşdirdik. Hətta 2-ci qolu buraxandan sonra da vəziyyətlərimiz oldu. Nə çatışmadı xal qazanmaq üçün?
- Fransa ilə oyundan sonra yorğunluq özünü göstərirdi. Oyuna da çox yaxşı başlamadıq. Bir az çətinlik çəkirdik, sonradan toparlanmağı bacardıq. Son nöqtəni qoya bilməməkdə yorğunluq amilinin də təsiri var idi.
- Ayxan Abbasovun gəlişi yığmada nəyi dəyişib?
- Ayxan Abbasov bizi düzgün yola yönləndirir. Verdiyi tapşırıqları yerinə yetiririk və bəhrəsini görürük. Oyunlara bizi düzgün hazırlayır. Hər bir futbolçuya nə etməli olduğunu deyir. Hamı da onun dediyini canla-başla yerinə yetirir.
- Ukrayna ilə görüşdə öz çıxışından razı qaldınmı?
- Öz oyunum barədə danışmağı sevmirəm. Buna sizə kənardan daha yaxşı qiymət verə bilərsiniz.



