Misli Premyer Liqasında mövsümün ilk baş məşqçi ayrılığı baş tutub.
Offsideplus.az xəbər verir ki, "Kəpəz" klubu Adil Şükürovla yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi 48 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edib.
A. Şükürov bu ilin yayında Gəncə klubuna qayıtmışdı. Bu, onun "Kəpəz"dəki ikinci dönəmi idi.



