Misli Premyer Liqasında 3-cü tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, günün ilk matçında Çempionlar Liqasının Liqa mərhələsinə yüksələn "Qarabağ" Şamaxıda "Karvan-Yevlax"la qarşılaşıb.
Premyer Liqada ilk 2 oyundan 4 xal yığan Yevlax təmsilçisi bu dəfə məğlub olub: 0:2.
Misli Premyer Liqası, 3-cü tur
31 avqust (bazar)
17:00. “Karvan” – “Qarabağ” 0:2
Qol: Elvin Yunuszadə, 11 (avtoqol), Emmanuel Addai, 73
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov
Şamaxı şəhər stadionu



