"Kəpəz" yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi sabiq oyunçusu Olavale Onanuqanı yenidən heyətinə cəlb edib. Onunla 1 illik müqavilə bağlanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onanuqa 2023/24 mövsümündə də "Kəpəz"də çıxış etmişdi. O, burada 27 oyunda 2 qol vurmağı bacarıb.



