"Sabah" Misli Premyer Liqasında ardıcıl 5-ci qələbəsini qazanıb.
Offsideplus.az xəbər verir ki, "bayquşlar"ın budəfəki qurbanı "İmişli" olub.
Onlar rəqibini 3:1 hesabı ilə məğlub edib.
Bir oyun az keçirən "Sabah" 6 turdan sonra 15 xalla 2-ci yerdədir. "İmişli" 4 xalla 9-cudur.
MPL, 6-cı tur
19 sentyabr, (şənbə)
19:45 "Sabah" - "İmişli" 3:1
Qollar: Sadiq Məmmədzadə, (20' - avtoqol), Umarali Raxmonaliyev, (35'), Kahim Parris, (90+5') - Ronaldo (90').
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.


