Misli Premyer Liqasında 4-cü tura "Qarabağ" - "Araz-Naxçıvan" oyunu ilə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:15-də başlayıb.

Ağdam təmsilçisi görüşdə 3 xalı 3 qolla əldə edib - 3:2.

İtkisiz irəliləyən "Qarabağ"ın aktivində 9 xal var. Naxçıvan təmsilçisi isə 1 xala malikdir.

MPL, IV tur

6 sentyabr (bazar)

20:15 “Qarabağ” – “Araz-Naxçıvan” 3:2

Qollar: Joni Montiel, 8' (1:0), Renaldo Sefas, 67 (2:0), Dumançiç, 72 (2:1), Musa Qurbanlı, 89 (3:1), Ağadadaş Salyanskiy, 90+3 (3:2).

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

Tofiq Bəhramov adına Respublika Stadionu