Misli Premyer Liqasının son çempionu "Sabah" cari mövsümün ilk oyununda "Kəpəz"i qəbul edib.

Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn "bayquşlar" çempionata da uğurlu start vermək istəyirdi.

Valdas Dambrauskasın komandası bunu bacarıb. Onlar Gəncə təmsilçisini 2 cavabsız qolla məğlub edib.

MPL, I tur

15 avqust (şənbə)

20:45 “Sabah” – “Kəpəz” 2:0

Qollar: Coy-Lens Mikels, 72 (penalti), Severina, 90+1.

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev

VAR: Rauf Cabarov

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

“Bank Respublika Arena”