"Sabah" klubu qapıçısı Nicat Mehbalıyevlə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi müqavilə müddəti başa çatan 26 yaşlı qolkiperlə yeni sözləşmə imzalamamağa qərar verib. Bununla da Mehbalıyev azad agent statusu qazanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, N. Mehbalıyev 2021-ci ildən bəri "Sabah"ın uğurları üçün çalışırdı.


