Misli Premyer Liqasının 2025/2026 mövsümündə ev oyunlarında ən çox azarkeş toplayan klub “Qarabağ” olub.
Offsideplus.az Peşəkar Futbol Liqasının xəbər verir ki, son mövsümün oyunlarını ümumilikdə 285 min 778 tamaşaçı izləyib (orta göstərici 1443).
Mövsümün ən çox azarkeş toplayan matçı XXVIII turda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Sabah” (17 min 338 izləyici) görüşü olub.
Məhz bu göstəriciyə görə, Ağdam klubu ev oyunlarında tamaşaçı sayında 1-ci pillədə qərarlaşıb. “Köhlən atlar”ın doğma meydandakı matçlarını ümumilikdə 51 min 167 azarkeş (orta göstərici 3010) izləyib.
Siyahıda 2-ci yeri “Neftçi” (44 min 693 tamaşaçı, orta göstərici 2793), 3-cü pilləni isə “Sumqayıt” (39 min 560 tamaşaçı, orta göstərici 2473) tutub.


