"Neftçi" yetirməsi Murad Məmmədov legioner həyatı yaşamağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı futbolçu karyerasını Kiprin "Pafos" klubunda davam etdirəcək.
Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2024/25 mövsümündən etibarən "Neftçi"nin əsas komandasında çıxış edən Murad Məmmədov bu müddət ərzində meydana çıxdığı 41 oyunda 4 qol vurub.
O, həmçinin Azərbaycanın U-21 milli komandasının heyətində keçirdiyi 10 matçda 1 qola imza atıb.


