UFC döyüşçüsü Merab Dvalişvili Petr Yanla nə vaxt qarşılaşacağını bilmədiyini söyləyib.

Offsideplus.az xəbər verir ki, idmançı bu barədə verdiyi açıqlamada hələlik rəqibindən heç bir xəbər olmadığını bildirib:

"Yandan heç bir səs-soraq yoxdur. O, hələ ki döyüşmək istəmir. Hazırda vəziyyətin necə olduğunu bilmirəm. Hamımız onun müsahibələrini görürük; o, iyunda döyüşməyə hazır idi, lakin artıq iyul turnirlərinin də kartları elan olunub. Tezliklə avqustda baş tutacaq turnirlərin anonsları da çıxacaq.

Mənə heç nə demirlər. Sırf Yanla döyüşəcəyimi bilirəm, amma vaxtı bəlli deyil. Görünür, Yan tələsmir. Mən çempion olan vaxtlarda daha tez-tez döyüşmək üçün UFC-yə təzyiq edə bilirdim. İndi isə rəqibimi gözləmək məcburiyyətindəyəm. Oyunun qaydası belədir".

Qeyd edək ki, Petr Yan keçən ilin dekabrında baş tutan UFC 323 turnirindəki revanş döyüşündə Dvalişvilini məğlub etmişdi.