Qızlardan ibarət U-16, U-18 və U-20 basketbol milli komandalarımız qarşıdan gələn Avropa çempionatına hazırlıq prosesini ölkə xaricində davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, yığmalarımızın növbəti dayanacağı Belarus olacaq.
Bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Millilərimizin Belarusdakı təlim-məşq toplanışı 26 may – 4 iyun tarixlərini əhatə edəcək. Səfər hazırlığı qızlarımızın qitə birinciliyi öncəsi son mühüm sınaqlarından biri hesab olunur.


