Misli Premyer Liqasında mövsümə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "İmişli" Qubada "Karvan-Yevlax"ı qəbul edib.
Görüşdə heç-heçə qeydə alınıb - 1:1
Sonuncu yerin sahibi olan Yevlax təmsilçisi növbəti mövsüm I Liqada mübarizə aparacaq.
"İmişli" isə 34 xalla 9-cu yeri tutub.
MPL, XXXIII tur
24 may (bazar)
16:00 “İmişli” – “Karvan-Yevlax” 1:1
Qol: Dioqo Kardozu, 90+5' - Peter Kinqs, 29'
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Quba OİK stadionu


