Misli Premyer Liqasında sonuncu - XXXIII turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, bu gün Sumqayıtda "Kəpəz" və "Neftçi" üz-üzə gəlib.
Görüşdə yeganə qola "ağ-qaralar"ın futbolçusu Freddi Varqas imza atıb.
Beləliklə, Yuri Vernidubun komandası mövsümü ardıcıl 5 qələbə ilə başa vurub.
"Neftçi" 59 xalla Premyer Liqanı 4-cü yerdə bitirib. "Kəpəz" isə 27 xalla 10-cu yerin sahibi olub.
MPL, XXXIII tur
23 may (şənbə)
15:00. “Kəpəz” - “Neftçi” 0:1
Qol: Freddi Varqas, 54.
Qırmızı vərəqə: İfeanyi Metyu ("Neftçi")
Baş hakim: Vüqar Həsənli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


