Misli Premyer Liqasında XXXII tura bu gün start verilib.
Offsideplus.az xəbər verir ki, turun açılış matçı Yevlaxda baş tutub.
Premyer Liqadan düşməyi dəqiqləşən "Karvan-Yevlax" "Qəbələ"ni qəbul edib.
"Qırmızı-qaralar" hesabda geri düşməyinə baxmayaraq qələbə qazanmağı bacarıb - 2:1.
Misli Premyer Liqası, XXXII tur
15 may (cümə)
17:00 “Karvan Yevlax” – “Qəbələ” 1:2
Qollar: Olavale Doyeni, 54' - İbrahim Sanqare, 56', Domi Massumo, 67'
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Yevlax şəhər stadionu


