Misli Premyer Liqasında çempionluğu təmin edən "Sabah" bu gün "Kəpəz"i qəbul edib.

Offsideplus.az xəbər verir ki, görüşdə yeganə qolu Gəncə təmsilçisinin futbolçusu Rəhman Hacıyev vurub.

Bu, "Sabah"ın cari mövsümdə ikinci məğlubiyyəti olub.

"Kəpəz" bu qələbə ilə Premyer Liqada qalmağı böyük ölçüdə təmin edib. Onlar 11-ci yerdəki "Qəbələ" ilə aradakı xal fərqini yüksəldib.

Misli Premyer Liqası, XXXI tur

8 may (cümə)

19:30 “Sabah” 0:1 “Kəpəz”

Qol: Rəhman Hacıyev (46')

Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

“Bank Respublika Arena”