Misli Premyer Liqasının XXVII turuna bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Qəbələ" "İmişli"ni qəbul edib.

Görüşdə yeganə qolu qonaqların futbolçusu Dioqo Rollo vurub.

"İmişli" bu qələbə ilə xalını 26 edib. "Qəbələ" isə 19 xalla 11-ci yerdə qalıb.

Misli Premyer Liqası, XXVII tur

12 aprel (bazar)

15:30 “Qəbələ” – “İmişli” 0:1

Qol: Dioqo Rollo, 45

"Qəbələ": 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 3. Eduardo Kunde 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu

Baş məşqçi: Kaxaber Tsxadadze

"İmişli": 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 23. Dioqo Rollo 79. Dioqo Kardozu 17. Ezekiel Morqan 7. Luis Silvestr

Baş məşqçi: Jorj Kaşkilya

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov

VAR: Əli Əliyev

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Əmrah İbrahimov 

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Qəbələ şəhər stadionu