Misli Premyer Liqasında XXVII tura bu gün start verilib.

Offsideplus.az xəbər verir ki, açılış oyununda "Karvan-Yevlax" "Kəpəz"i qəbul edib.

Yevlax təmsilçisi uzunmüddətli qələbə həsrətinə son qoyub. Onlar sonuncu dəfə avqustun 23-də Premyer Liqada qalibiyyət əldə etmişdi.

Füzuli Məmmədovun komandası rəqibini 4:1 hesabı ilə məğlub edib.

Onlar xalını 11-ə yüksəldib və hələ sonuncu - 12-ci yerin sahibidilər. "Kəpəz" isə 21 xalla 10-cu yerdədir.

Misli Premyer Liqası, XXVII tur

10 aprel (cümə)

15:30 “Karvan-Yevlax” – “Kəpəz” 4:1

Qollar: Rauf Rüstəmli, 38', 45+1', 90+4', Eltun Turabov, 65' - Fərid Nəbiyev, 48'

"Karvan-Yevlax": 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 21. İmani Barker

Baş məşqçi: Füzuli Məmmədov

"Kəpəz": 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 6. Camal Cəfərov 9. Luis Paçu 24. Olavale Onanuqa 12. Mahamadu Ba (k) 14. Adama Fofana 4. Mate Abuladze

Baş məşqçi: Azər Bağırov

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev

VAR: Emin Əliyev

AVAR: Elçin Məsiyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Novruz Əzimov

Yevlax şəhər stadionu