Misli Premyer Liqasında XXVI turunun qapanış matçında "Araz-Naxçıvan" "Sabah"ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" bu görüşdə çempionluq yolunda növbəti addım atmağa çalışıb.
"Sabah" ardıcıl 3, "Araz-Naxçıvan" isə 2 görüşdür qələbə qazanırdı.
Mərdəkanda baş tutacaq görüş saat 19:30-da başlayıb.
Misli Premyer Liqası, XXVI tur
7 aprel (çərşənbə axşamı)
19:30 “Araz-Naxçıvan” 2:4 “Sabah”
Qol: Felipe Santos (7'), Velko Simiç (13'), Hamidu Keyta (26'), Coy Lens Mikels (37', 63'), Kahim Parris (81')
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Rəşad Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Liv Bona Dea Arena”


