"Neftçi" Misli Premyer Liqasının XXV turunda bu gün "İmişli"ni qəbul edib.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" rəqibini darmadağınla yola salıb.
İmad Faraj və Emil Səfərov dubla imza atıb. Breno Almeyda "flaqman"ın heyətində ilk qolunu vurub. Son nöqtəni isə kapitan - Emin Mahmudov qoyub - 6:0.
"Neftçi" 37 xalla 6-cı, "İmişli" isə 22 xalla 9-cu yerin sahibidir.
Misli Premyer Liqası, XXV tur
20 mart (cümə)
19:15 “Neftçi” - “İmişli” 6:0
Qollar: Breno Almeyda, 12', İmad Faraj. 15',50', Emil Səfərov, 19',60", Emin Mahmudov, 54'
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Neftçi Arena”


