Misli Premyer Liqasında (MPL) XXIV turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, günün ilk matçında "Sabah" Qubada "İmişli"nin qonağı olub.
"Bayquşlar" özünü qonaq kimi aparmayıb.
Ötən tur "Qəbələ"yə 7 qol vuran Valdas Dambrauskasın komandası bu dəfə isə rəqibinin qapısına 5 dəfə yol tapmağı bacarıb.
Görüşdə dubl edən Coy-Lens Mikels qollarının sayını 14-ə çatdırıb.
Digər qollara isə Stiv Solve, Kahim Parris və Aleksey İsayev imza atıb.
"Sabah" 59 xalla liderliyini davam etdirib. "İmişli" isə 22 xalla 9-cu yerin sahibidir.
MPL, XXIV tur
14 mart (şənbə)
15:00. “İmişli” - “Sabah” 0:5
Qollar: Stiv Solve, 9', Coy-Lens Mikels, 16' (penalti), 35', Kahim Parris, 49', Aleksey İsayev, 73' (penalti)
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Zöhrab Abbasov
Quba OİK stadionu


