“Fənərbağça” Elvin Cəfərquliyevə təklif göndərməyib.
Offsideplus.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Ertem Şener açıqlama verib.
O bildirib ki, Türkiyə təmsilçisi futbolçuya nə rəsmi, nə də qeyri rəsmi təklif göndərib.
Şenerin sözlərinə görə, "Qarabağ" rəhbərliyi 24 yaşlı müdafiəçi üçün təklif olacağı təqdirdə dəyərləndirəcək.
Qeyd edək ki, Cəfərquliyev 2025-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.


