Bu gün "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adı bəlli olacaq.
Offsideplus.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Liqa mərhələsini 22 pillədə başa vuran təmsilçimiz "səpələnməmişlər" səbətində yer alacaq.
21 və 22-ci yerləri tutan "Monako" və Qarabağ” “səpələnmişlər” səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. "Qarabağ"ın potensial rəqibləri PSJ və "Nyukasl"dır.
Qeyd edək ki, "Qarabağ" - PSJ/"Nyukasl" cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran "Barselona" və ya 6-cı yerin sahibi "Çelsi" ilə üz-üzə gələcək.


