AFFA-nın İntizam Komitəsi "Qarabag" və "Neftçi" klublarına qarşı pul cərimələri tətbiq edib.
Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının XVII turunda baş verən qayda pozuntuları bu sanksiyalara səbəb olub.
"Qarabag" – "Kəpəz" oyunundan sonra meydana kənar şəxsin daxil olması Ağdam klubuna 2500 manata başa gəlib.
"Neftçi" isə "Zirə" ilə qarşılaşmada oyun günü planına əməl etmədiyi üçün 2000 manat məbləğində cərimələnib.
Digər tərəfdən, "İmişli" və "Araz-Naxçıvan" arasındakı oyunda futbolçuların intizamsızlığı hər iki klubu maddi ziyana salıb.
İmişli təmsilçisi 6, Naxçıvan klubu isə 4 futbolçusunun sarı vərəqə almasına görə hərəsi 700 manat ödəməli olacaq.
Analoji hal "Sabah" klubunda da yaşanıb; "Karvan-Yevlax"la görüşdə 5 oyunçusu sarı vərəqə ilə cəzalandırılan "bayquşlar" 700 manat cərimə ediliblər.


