Fransanın “Marsel” klubu baş məşqçisi Roberte De Zerbi ilə yollarını ayıra bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Buna səbəb komandanın Çempionlar Liqasındakı uğursuz çıxışıdır.

Qeyd edək ki, “Marsel” ÇL-in son turunda “Brügge”yə 0:4 hesabıyla məğlub olub və Liqa mərhələsini 25-ci sırada bitirərək pley-offdan kənarda qalıb.