Robert Uittaker İslam Maxaçevin UFC əfsanəsi Corc Sen-Pyeri məğlub edəcəyini düşünür.
Offsideplus.az xəbər verir ki, o, fikrini belə əsaslandırıb:
"Məncə, İslam praym taymındakı Corc Sen-Pyeri məğlub edərdi. Əgər mübarizə güləşə çevrilsə, İslam daha yaxşı çıxacaq, çünki o, məhz bunun üçün yaradılıb. Necə ki, Chimaev də bunu edərdi. CSP isə MMA-nın bütün vasitələrindən istifadə edirdi. Amma İslam səni aşağı salsa, sən heç vaxt ayağa qalxa bilməzsən".
Qeyd edək ki, CSP iki çəkidə kəmər sahibidir və UFC-nin ən böyük əfsanələrindən biri sayılır.



