Bəhram Rəcəbzadə yenidən "Glory" turnirinə qayıdır.

Offsideplus.az xəbər verir ki, kikboksçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, yenidən döyüşlərə qatılıb kəmər qazanmaq niyyətindədir.

Qeyd edək ki, "Qızıl Qurd" ləqəbli Azərbaycan kikboksçusu bir müddət öncə peşəkar karyerasını başa vurduğunu açıqlamışdı.