Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov növbəti görüşünün vaxtı məlum olub.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı döyüşçü ilin son günündə oktaqona çıxacaq.
Onun rəqibi braziliyalı Kleber Koyke olacaq.
Vüqar bu ayın 3-də yaponiyalı Koyomi Matsuşima ilə döyüşməli idi. Lakin o, zəhərləndiyi üçün bu döyüşdən imtina etməli olmuşdu.
Qeyd edək ki, o, 2020-ci ildən etibarən "Rizin" turnirində döyüşür.



