İslam Maxaçev Cek Della Maddalena ilə döyüşdən sonra oktaqonda görmək istədiyi rəqibi açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı döyüşçü qarşısında Kamaru Usmanu görmək istəyir.
"CDM-dən sonra qarşımda Kamaru Usmanı görmək istəyirəm. O, yüngül orta çəki dərəcəsində ən çox titul müdafiəsinə sahibdir və hazırda yaxşı vəziyyətdədir".
İslam noyabrın 15-dən 16-na keçən gecə Della Maddalena ilə döyüşəcək. O, qalib gələrsə, yüngül orta çəkidə kəmərin yeni sahibi olacaq.



