İslam Maxaçev gələcəyi barədə açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı döyüşçü Həbib Nurmaqomedov ona nə vaxt təqaüdə çıx desə, o zamanda çıxacağını bildirib:

"Həbib mənim böyük qardaşım kimidir. Mənə "sabah döyüşməyi buraxmalısan desə" onu dinləyərəm.

O, həmişə bizimlə maraqlanır. Bizim üçün hər şeyin ən yaxşısını istəyir".

Qeyd edək ki, İslam bu həftəsonu UFC322 tədbirində Cek Della Maddalena ilə döyüşəcək. O, bu döyüşdə qələbə qazanarsa, ikinci kəmərini əldə edəcək.