Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov Həbib Nurmaqomedov - Konor Makqreqor döyüşünü xatırlayıb.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı idmançı həmin qarşılaşmanın sadəcə bir döyüş olmadığını düşünür:

"Həbibin mirası idmanı üstələyir. Bu, xüsusən də bizim regionumuz üçün inqilabi idi. Bəzi şeyləri dəyişdirdi. Konorun xüsusi rolu var idi, Həbibin də. O, xalqını təmsil edirdi və onların onu vətənə qayıtdıqdan sonra necə qarşıladıqlarını gördünüz. Həmin matç sadəcə söz davası deyildi. Bu, bir döyüşdən daha artığı idi".

Qeyd edək ki, Həbib - Konor görüşü 7 il əvvəl baş tutub. Dağıstanlı döyüşcü 4-cü raundda rəqibini məğlub etməyi bacarıb.