İyunun 21-də Bakıda keçiriləcək UFC Döyüş Gecəsində daha bir azərbaycanlı iştirak edəcək.
Offsideplus.az xəbər verir ki, uzun müddətdir ki, adı UFC ilə hallanan Tofiq Musayev qurumla rəsmi müqavilə bağlayıb. 35 yaşlı döyüşçünün yüngül çəkidə rəqibi qırğız Miqtbek Orolbay olacaq. UFC tezliklə döyüşü rəsmi olaraq elan edəcək. Bu, "Rizin" turnirində uğurları ilə ad qazanan Tofiq Musayevin UFC-də debüt qarşılaşması olacaq.
Xatırladaq ki, Tofiq (22-5) 2019-cu ildə Patriki Pitbull və Conni Keys kimi məşhur döyüşçüləri məğlub edərək yüngül çəki üzrə Rizin Qran Prisini qazanıb.
Qeyd edək ki, "UFC Baku Fight Night"da Azərbaycan idmançılarından Rafael Fiziyev və Nazim Sadıxov oktaqona çıxacaq.



