UFC-nin aparıcı yarımorta çəki döyüşçülərindən Şavkat Raxmonov növbəti rəqibi kimi Maykl Moralesi görmək istədiyini açıqlayıb. Raxmonov sosial şəbəkədə "19-0 vs 19-0" yazaraq hər iki idmançının məğlubiyyətsiz seriyasına diqqət çəkib. Hazırda Raxmonovun hesabında 19 döyüşdə 19 qələbə var. O, 2024-cü ildən dizindəki zədə səbəbindən qəfəsə çıxmayıb.

Offsideplus.az xəbər verir ki, Maykl Morales də yaxın vaxtlarda döyüşmək niyyətindədir. O, əvvəlki açıqlamasında növbəti qarşılaşmasının yanvarda baş tutacağını bildirib. Morales həmçinin İslam Maxaçevə müraciət edərək deyib: "Prateslə döyüşümdən sonra kəmər uğrunda döyüşürük. Yaxud mənə Raxmonovu verin. Gerri isə kənarda qalsın".