İdman Arbitraj Məhkəməsi (CAS) Seneqal millisinin 2025-ci il Afrika Millətlər Kubokunun Mərakeşə verilməsi ilə bağlı apellyasiya şikayətini araşdırmağa başlayır.
Offsideplus.az xəbər verir ki, Seneqal tərəfi turnirin nəticəsinə qarşı etirazını davam etdirərkən, məhkəmə prosesi cümə axşamı günü baş tutacaq.
Lakin sabah hər hansı yekun qərarın verilməsi gözlənilmir. Daha əvvəl məşhur nəşrlər də hökmün dərhal açıqlanmayacağını bildirmişdilər.


