İngiltərəli cinah oyunçusu Entoni Qordon "Barselona"nın heyətində çıxış etməsi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, yay transfer pəncərəsində "Nyukasl"dan Kataloniya klubuna keçən Qordon yeni komanda yoldaşı Pedrinin oyununu xüsusi vurğulayıb. "Əvvəllər çoxlu sürətli çıxışlar edirdim, lakin bunu heç kim görmürdü. İndi isə hər şeyi görən Pedri var. "Nyukasl"da uyğunlaşmaq asan idi, çünki orada da oxşar üslubda oynayırdıq: bütün komanda ilə yüksək pressinq və hücum. Amma indi dünyanın ən yaxşı futbolçularından bəziləri ilə birgə oynayıram", – deyə Qordon bildirib.