Tarixində ilk dəfə avrokuboklarda mübarizə aparan "Gəncə" BK bu gün ilk oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Qərb təmsilçisi Türkiyədə "Esenler Erokspor"un qonağı olub.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Yekun nəticədə Türkiyə təmsilçisi qalib gəlib.
FIBA Avropa Kuboku, C qrupu
20:00 "Esenler Erokspor" 92:63 "Gəncə" BK (23:19, 22:11, 27:21, 20:12)


