UFC çempionu İslam Maxaçev Merab Dvalişvilinin Rusiya bayrağı ilə bağlı narazılığına münasibət bildirib. Dvalişvili UFC 330-da İan Gerri üzərində qələbədən sonra Maxaçevin komandasının oktaqonda Rusiya bayrağı açmasına etiraz etmişdi.
Offsideplus.az xəbər verir ki, Maxaçev bu barədə belə danışıb: "Onun reaksiyasını gördüm, döyüşə necə baxdığını izlədim. O, əvvəldən mənim oktaqondakı uğurlarıma sevinməyib. Bu cür məsələlərə fikir vermirəm. Merab bu barədə dəfələrlə danışıb, amma Petr Yan onu məğlub edib və oktaqonda bayraq qaldırıb. Düşünürəm, Yan yenidən qalib gələcək və Merabı susduracaq".
Qeyd edək ki, Dvalişvili Maxaçevin komandasının Rusiya bayrağını nümayiş etdirməsinə icazə verildiyi halda, ona Gürcüstan və ya ABŞ bayrağı göstərməyə imkan verilməməsindən narazılığını ifadə edib.


