"Al-Hilal" braziliyalı hücumçu Qabriel Martinellinin transferi üçün "Arsenal"la razılığa yaxınlaşır.

Offsideplus.az xəbər verir ki, İngiltərə klubu Səudiyyə Ərəbistanı təmsilçisinin təklifindən 8 milyon avro artıq məbləğ tələb edir. Bundan əlavə, "Arsenal" rəhbərliyi müqaviləyə futbolçunun gələcək satışından müəyyən faiz əldə etmək şərtinin daxil edilməsini də nəzərdən keçirir.

Məlumata görə, "Al-Hilal" Martinelliyə illik təxminən 20 milyon avro və əlavə bonuslar ödəməyə hazırdır. Bu məbləğ oyunçunun hazırkı komandasında aldığı maaşdan təxminən iki dəfə çoxdur.

Qeyd edək ki, ötən yay vasitəçilər Martinellinin xidmətlərini "Al-Nasr" klubuna da təklif etmişdilər. Həmin vaxt "Arsenal" futbolçunu 85 milyon avrodan baha qiymətləndirirdi və Martinelli bu keçiddən imtina etmişdi.