"Barselona" Dortmund "Borussiya"sının hücumçusu Seru Girasi ilə maraqlanıb.

Offsideplus.az xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deku Qvineya millisinin 30 yaşlı üzvü barədə sorğu göndərib. Lakin Girasi üçün təklif olunan illik 10 milyon avro məvacib "Barselona" üçün həddindən artıq hesab edilib və transfer baş tutmayıb.

Qeyd edək ki, hücumçunun transfer qiyməti təxminən 50 milyon avrodur. O, ötən mövsüm "Borussiya"nın heyətində bütün turnirlərdə 46 oyunda 22 qol və 6 assistlə yadda qalıb.