Portuqaliya millisinin üzvü Rafael Leao yaxın günlərdə Premyer Liqada çıxış edə bilər.
Offsideplus.az xəbər verir ki, "Aston Villa" hazırda "Milan"la Leao transferinin məbləği barədə danışıqlar aparır və bu məsələdə fəal mövqe tutur. Bildirilir ki, hazırda Leao "Milan"dan ayrılmağa heç vaxt olmadığı qədər yaxındır və özü də bu keçidə qarşı deyil.
Ötən mövsüm Rafael Leao A Seriyasında 29 oyunda 9 qol vuraraq "rossoneri"nin ən yaxşı bombardiri olub.


