UFC-də çıxış edən Umar Nurmaqomedovun məşqçisi Xavyer Mendes döyüşçünün Sun Yadunla qarşılaşmasına hazırlığı barədə danışıb. 

Offsideplus.az xəbər verir ki, o, bildirib ki, bu dəfə hazırlıq prosesində şəxsən iştirak edə bilməyib, çünki Rusiya vizası ilə bağlı çətinlikləri olub. Lakin onun sözlərinə görə, Umar son dərəcə yaxşı formadadır və əvvəlkindən də yaxşı çıxış etməyə hazırdır.

Mendes həmçinin qeyd edib ki, Xabib Nurmaqomedov bu döyüşdə Umarın küncündə olacaq. "Əslində, Umar üçün lazım olan tək şey Xabibdir", – deyə məşqçi vurğulayıb.

Umar Nurmaqomedov və Sun Yadun 29 avqustda Şanxayda keçiriləcək UFC turnirində üz-üzə gələcəklər.